Tarix belə şey GÖRMƏMİŞDİ: AUTSAYDERİN “SIFIRLAR”I
    • 20-02-2023, 18:14
    • 155

Tarix belə şey GÖRMƏMİŞDİ: AUTSAYDERİN “SIFIRLAR”I

Almaniya Bundesliqasında görünməmiş hadisə yaşanıb.

News24.az saytının məlumatına görə, eyni komanda ardıcıl 4 oyunda qolsuz sülhə imza atıb.

“0,5 Alt”a bağlılığı olan komanda “Şalke”dir. Helzenkirhen təmsilçisi XXI turda “Union”la qolsuz bərabərə qalıb.
Çempionatın autsayderi bundan əvvəlki turlarda “Köln”, Mönhenqladbax “Borussiya”sı və “Volfsburq”la qarşılaşmalarda da qol qeydə alınmayıb. Bu, Bundesliqa tarixində ən uzun qolsuz matçlar seriyasıdır. 

Qeyd edək ki, “Şalke” 21 turdan sonra 13 xalla sonuncu – 18-ci yerdə qərarlaşıb.//apasport.az