Yoviç sabiq klubuna DUBLLA DÖNÜB- VİDEO
    • 18-01-2021, 16:07
    • 860

Yoviç sabiq klubuna DUBLLA DÖNÜB- VİDEO

Almaniya Bundesliqasında XVI tura yekun vurulub.

News24.az xəbər verir ki, İspaniyanın “Real” klubundan sabiq klubu “Ayntraxt”a icarəyə keçən serb futbolçu Luka Yoviç dönüşünü dublla qeyd edib.

Mövsümdə ilk qələbəsini keçən həftə qazanan “Şalke” isə Frankfurtda “Ayntraxt”a uduzub.

Qeyd edək ki, 2019-cu ildə məhz “Ayntraxt”dan 63 milyon avroya “Real”a keçən Yoviç bu mövsüm müxtəlif zədələr səbəbindən La Liqada cəmi 4 oyuna çıxıb.

Almaniya Bundesliqası
XVI tur
17 yanvar
“Ayntraxt” – “Şalke” – 3:1
Silva, 28, Yoviç, 72, 90+2 – Hoppe, 29