"Elə indi telefonda şəkillərimizə baxırdım, qucaqlaşmışıq" - Kənan MM
    • 21-02-2023, 12:41
    • 1 386

"Elə indi telefonda şəkillərimizə baxırdım, qucaqlaşmışıq" - Kənan MM

"Ramiz müəllimin həm oğlu, həm də dostu idim". 

Bu fikirləri News24.az-a tanınmış rejissor Kənan MM ağır xəstəlikdən vəfat edən Ramiz Novruz haqqında danışarkən deyib. deyib.  O bildirib ki, Ramiz müəllimlə bir serialda oynayarkən  tanış olublar:

"Elə indi telefonda şəkillərimizə baxırdım, qucaqlaşmaq şəkillərimiz var. Həqiqətən də, elə bil oğlunu qucaqlayıb. Nə yaxşı ki tanışmışıq, nə yaxşı ki, mədəniyyətimizdə, kinomuzda olub! Nə yaxşı ustadımız olubdur! Azərbaycan dili həqiqətən dünyanın ən zəngin dilidir. Amma adam bilmir ki, fikrini necə çatdırsın.  Çox karimatik insan idi və böyük xüsusiyyətləri var idi. Bu gün cavan aktyorları yaşıl nəsil qınayır, amma bu insan ancaq dəstək olurdu. Bəlkə də, bu qədər sevilməyinin səbəbi budur. Allah rəhmət etsin".

Qumral ƏLİYEVA