Xırdalanda dəhşətli hadisə - Özünü zəhərləyərək öldürdü
    • 21-02-2023, 13:05
    • 357

Xırdalanda dəhşətli hadisə - Özünü zəhərləyərək öldürdü

Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib.

News24.az-ın əldə etdiyi məlumata görə, 1990-cı il təvəllüdlü Cavid Yusif oğlu Hacıağayev yaşadığı Mirqasımov küçəsində özünü zəhərləyib.

O, fevralın 21-nə keçən gecə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Lakin 33 yaşlı Cavidin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.

Taleh BAĞIROV