İspaniyanın baş naziri Kiyevə getdi
    • 23-02-2023, 11:13
    • 151

İspaniyanın baş naziri Kiyevə getdi

İspaniyanın baş naziri Pedro Sançes Kiyevə gedib.

News24.az xəbər verir ki, bu barədə Krallığın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Səfər zamanı Sançes Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək.

Bundan əvvəl İspaniyanın müdafiə naziri Marqarita Robles parlamentin aşağı palatasında çıxış edərək bildirib ki, İspaniya Ukraynaya altı "Leopard 2A4" tankı göndərmək niyyətindədir. /TASS/

Teymur MƏMMƏDOV