-
- 23-02-2023, 11:42
- 276
Azərbaycanda saxta 100 manatlıqları kimlər hazırlayır?
Son günlər polisə saxta pullarla bağlı bir neçə şikayət daxil olub.
News24.az-ın əldə etdiyi məlumata görə, son olaraq fevralın 17-də axşam saatlarında Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində şirniyyat mağazasında işləyən satıcı, 1994-cü il təvəllüdlü Roman Kərimzadəyə saxta 100 manatlıq əskinasın verilməsi faktı üzə çıxıb. Belə ki, naməlum şəxs şirniyyat mağazasında 15 manatlıq tort alarkən saxta 100 manatlıq təqdim edib və qalıq 85 manatı alaraq uzaqlaşıb. Bir qədər sonra təqdim edilmiş pulun saxta olduğu məlum olub.
Bundan başqa fevralın 12-də gecə saat 23 radələrində naməlum şəxs sifarişlə gətizdirdiyi yeməklərə görə kuryerə Yasamal rayonu, İ.Qurtqaşınlı küçəsi, 21-in qarşısında saxta 100 manatlıq verib. Kuryer, 2001-ci il təvəllüdlü Fərid Həsənli geri qayıtdıqdan sonra pulun saxta olduğu üzə çıxıb. O, başına gələn hadisə ilə bağlı fevralın 13-də Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə müraciət edib.
Qeyd edək ki, son bir ayda Bakıda bir neçə dəfə kuryerlərə və aptekə saxta 100 manatlıq əsginasın təqdim edilməsi yolu ilə alış-veriş edilməsi faktı müəyyən edilib.
Qeyd edilən faktlar üzrə polis tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Taleh BAĞIROV