-
- 23-02-2023, 12:05
- 894
Polietilen torbalar üçün ayrıca haqq almayan marketlər CƏRİMƏLƏNƏCƏK?
Polietilen torbalar üçün ayrıca haqq almayan market sahiblərini minimum 300 manatdan başlayan cərimə gözləyir.
Bunu News24.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, marketlərdən başqa digər yerlərdə polietilen torbalardan geniş istifadə olunur: "Meyvə-tərəvəz, sənaye məhsulları satılan yerlərdə, küçə ticarəti ilə məşğul olan şəxslər əksər hallarda bu torbaları vətəndaşlara pulsuz paylayır".
AİB sədri əlavə edib ki, üzərində yazı olan torbalar reklam materialları ilə evlərə daşınmamalıdır: "Polietilen torbaların ödənişli satışı 50 mikrondan az olan torbalara aid edilib. Qalın polietilen torbalar da ödənişli olmalıdır. Bu qayda bütün torbalara şamil edilməlidir. Vətəndaşlar eyni torbadan dəfələrlə istifadə etmək mədəniyyətinə yiyələnməlidirlər. Yaxud da bazar zənbillərinə keçid etməlidirlər".
O bildirib ki, polietilen torbaların satışından əldə olunan gəlir üçün ayrıca fond yaradılmalıdır: "Əldə olunan gəlir orada toplanmalıdır. Həmin məbləğ Azərbaycanın ətraf -mühitinin sağlamlaşdırılmasına sərf olunmalıdır".
Qumral ƏLİYEVA