İstanbul zəlzələsi üçün fövqəladə plan hazırlandı - 100 min yaralı
    • 24-02-2023, 15:11
    • 118

İstanbul zəlzələsi üçün fövqəladə plan hazırlandı - 100 min yaralı

Kahramanmaraş və Hatayda baş verən zəlzələlərdən sonra gözlər ola biləcək İstanbul zəlzələsinə çevrilib.

News24.az
xəbər verir ki, İstanbulda baş verə biləcək zəlzələ zamanı atılacaq addımların ssenarisi hazırlanıb.

Təbii fəlakətlə mübarizə üçün hazırlana Atatürk Hava Limanı səhra xəstəxanasına çevrilməsi, yaralılara müdaxilə və hava təcili yardım maşınlarının səfərbər edilməsi daxildir. 

Mütəxəssislər İstanbulda baş verə biləcək zəlzələdə ən az 100 min yaralı olacağını bildiriblər.

Bunun üçün də hazırlanan planda yaralılara ilk 6 saatda müdaxilənin önəmi vurğulanıb. /NTV Türkiye/

Teymur MƏMMƏDOV