Zaqatalada iki avtomobil toqquşub, xəsarət alanlar var
    • 8-07-2022, 01:50
    • 274

Zaqatalada iki avtomobil toqquşub, xəsarət alanlar var

Zaqatala rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə gecə saatlarında Zaqatala şəhəri ilə Yuxarı Tala kəndini birləşdirən "Asma" körpünün üzərində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" və "Mazda" markalı minik avtomobillərinin toqquşması nəticəsində avtomobillərdə olan sürücülər və sərnişinlər xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda yaralıların sayı və şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır. /Report/