13 nəfər girov Qəzzadan çıxarılacaq - VİDEO
Dünya
Bu gün səhər saatlarından İsraillə HƏMAS arasında 4 günlük müvəqqəti atəşkəs başlayıb.
RTV-nin xəbərinə görə, bu barədə məlumat Türkiyə mətbuatında yayılıb.
O da qeyd olunub ki, razılaşmaya əsasən girovlardan 13 nəfəri bu gün yerli vaxtla saat 18-dək Qəzzadan çıxarılacaq.
Qeyd edək ki, HƏMAS 150 fələstinli məhbusun əvəzində Qəzzada saxlanılan 50 girovu azad edəcəyinə bildirib. Ümumilikdə isə 100 nəfərin sərbəst buraxılacağı bildirilir. İsrail də öz növbəsində iki mübadilədə zamanı 300 fələstinli məhbusu azad edəcək.
Fərid