200-dən çox sərnişin daşıyan təyyarə havada fövqəladə siqnal verdi - Yeniləndi

200-dən çox sərnişin daşıyan təyyarə havada fövqəladə siqnal verdi - Yeniləndi Hadisə

Puket – Barnaul reysi üzrə uçan təyyarə uçuş zamanı fövqəladə vəziyyətlə bağlı siqnal verib.

News24.az xəbər verir ki, “Azur Air” aviaşirkətinə məxsus Boeing 757-2Q8 təyyarəsi 7700 siqnalını ötürüb.

Hadisənin dəqiq səbəbləri hələlik məlum deyil.

Təyyarə Çinin Lanzhou hava limanına enişə hazırlaşır. Göyərtədə 200-dən çox sərnişin var. /SHOT

****

“Azur Air” aviaşirkətinə məxsus Puket-Barnaul reysi üzrə uçan və Çində təcili eniş etməyə məcbur qalan təyyarə uğurla eniş edib.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.