Norveçdə PKK tərəfdarları türklərə hücum etdi -VİDEO
    • 27-10-2019, 13:43
    • 661

Norveçdə PKK tərəfdarları türklərə hücum etdi -VİDEO

Norveçin paytaxtı Osloda PKK terror qruplaşmasının tərəfdarları etnik türklərin maşınına hücum edib.
News24.az bildirir ki, bu barədə “Anadolu” agentliyi xəbər verib.
Oslonun Türkiyədəki səfirliyindən verilən məlumata görə, terrorçuların tərəfdarları içərisində Suriyadan “Sülh çeşməsi” əməliyyatına dəstək aksiyasından qayıdan türklərin olduğu avtomobili daşlayıb.
Polis gözyaşardıcı qazdan istifadə edərək PKK tərəfdarlarını ərazidən uzaqlaşdırmağa müvəffəq olub. Terrorçuların iki tərəfdarı saxlanılıb.