Rusiya koronavirusa görə SƏRHƏDLƏRİNİ BAĞLADI
    • 30-01-2020, 14:15
    • 777

Rusiya koronavirusa görə SƏRHƏDLƏRİNİ BAĞLADI

Rusiyanın Baş naziri Mixail Mişustin koronavirusun yayılması səbəbindən Rusiyanın Uzaq Şərqdəki sərhədlərini bağlamaq barədə sərəncam imzalayıb.

News24.az
xəbər verir ki, qərar bu gün hökumət iclasında açıqlanıb:"Bu gün biz müvafiq olaraq hər kəsə Uzaq Şərq bölgəsində sərhədi bağlamaq üçün müvafiq tədbirlər və hökumət tərəfindən görülən digər tədbirlər haqqında məlumat verəcəyik".

Baş nazir həmçinin müavini Tatyana Qolikovadan Rusiyadakı koronavirus ilə əlaqədar vəziyyət və hökumətin onunla mübarizə üçün gördüyü tədbirlər haqqında insanlarda məlumatın olması üçün gündəlik olaraq məlumat vermələrini istəyib.