Rusiyanın Baş nazirində KORONAVİRUS AŞKARLANDI
    • 30-04-2020, 22:46
    • 781

Rusiyanın Baş nazirində KORONAVİRUS AŞKARLANDI

Rusiyanın Baş naziri Mixail Mişustində koronavirus aşkarlanıb.

News24.az xəbər verir ki, bu barədə Baş nazir Rusiya prezidenti Vladimir Putin ilə video danışıq zamanı deyib. “Rusiya 24“ televiziya kanalı vasitəsilə baş tutan videokonfransda M.Mişustin bildirib ki, koronavirus üçün etdirdiyi testin nəticələri müsbət olub. 

“Bir müddət özümdən təcrid olunmalı, həkimlərin göstərişlərinə ciddi şəkildə riayət etməliyəm. Bunu ilk növbədə həmkarlarımı qorumaq üçün etmək məcburiyyətindəyəm. Müvəqqəti vəzifələrimi icrası üçün Andrey Removiç Belousovun namizədliyini təklif edirəm"- deyə, baş nazir vurğulayıb.