33 rusiyalı Türkiyədə qəzaya düşdü

33 rusiyalı Türkiyədə qəzaya düşdü Dünya

Türkiyənin Side bölgəsində 33 rusiyalı turisti daşıyan avtobus qəzaya düşüb.

News24.az axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası Teleqram kanalında məlumat yayıb.

Məlumata görə, onlar ciddi xəsarət almayıb:

“Antalya hava limanından Sideyə gedən turistləri daşıyan avtobus yoldakı maneəyə çırpılıb. Avtobusda Rusiyadan olan 33 turist olub. Qəza nəticəsində turistlərdən heç biri ciddi xəsarət almayıb”