Manisada 5,2 bal gücündə zəlzələ oldu
    • 18-02-2020, 21:39
    • 1 187

Manisada 5,2 bal gücündə zəlzələ oldu

Türkiyənin Manisa vilayətinin Kırkağac rayonunda 5,2 bal gücündə zəlzələ baş verib.


News24.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.


Yeraltı təkanlar yerli vaxtla saat 19:09-da qeydə alınıb. Zəlzələ İzmir və ətraf bölgələrdə də hiss olunub.