10 südəmər körpə koronavirus diaqnozu ilə XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ
    • 27-03-2020, 14:19
    • 732

10 südəmər körpə koronavirus diaqnozu ilə XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ

İtaliyada koronavirusa yoluxan on körpə Lombardiyanın şimal bölgəsindəki Pavia şəhərində San Matteo Klinik Xəstəxanasının uşaq şöbəsində müalicə olunur.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "La Provincia pavese" qəzeti məlumat yayıb. Həkimlər körpələrin vəziyyətinin qənaətbəxş qiymətləndirirlər.

Uşaq şöbəsinin müdiri professor Canluiçi Marcelinin dediyinə görə, körpələr virusa ana bətnində yoluxmayıblar. O bildirib ki, uşaqlar doğulduqdan qısa müddət sonra ailə üzvlərindən koronavirusa yoluxublar. 

İtaliyada körpələrinkoronavirus testləri analarda virus aşkarlandlığı halda aparılır.