USD 1.7
EUR 1.858
TRY 0.2502
RUB 0.0238
  • Bakı 16°C
  • ŞUŞA 12°C
  • GƏNCƏ 20°C
  • LƏNKƏRAN 16°C
  • ŞƏKİ 16°C
  • QUBA 14°C
  • NAXÇIVAN 20°C

Dünyada koronavirusa yoluxanların sayı 750 min nəfəri ötdü

Dünya

Mətn ölçüsü


Dünyada koronavirusdan ölənlərin sayı 36 min nəfəri ötüb.


News24.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.


Məlumata görə, koronavirusun aşkarlandığı ilk gündən indiyə kimi dünyada 36 405 nəfər ölüb. Son gün ərzində COVID-19 infeksiyasına 57 610 nəfər yoluxub, 3 301 nəfər ölüb. 


Dünyada koronavirusa yoluxanların sayı 750 890 nəfərə çatıb. 


Təşkilat bilddirib ki, hazırda virusa ən çox yoluxma əvvəlki kimi Avropa regionunda qeydə alınıb - 423 946 yoluxma (56,4 faiz). Son sutka ərzində köhnə qitədə virusa yoluxan xəstələrin sayı 31 131 nəfər artıb. 


Afrika virusun ən az yayıldığı regiondur. Son sutka ərzində bu qitədə koronavirusa 300 yoluxma qeydə alınıb. Qitədə COVD-19 infeksiyasına yoluxanların sayı 3 786 (0,5 faiz) nəfərdir. 


Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib. 


Xəbəri paylaş: