Dünyada koronavirusdan ölənlərin sayı 50 MİNƏ ÇATIB
    • 3-04-2020, 00:04
    • 701

Dünyada koronavirusdan ölənlərin sayı 50 MİNƏ ÇATIB

Dünyada yeni növ koronavirusdan (COVİD-19) azı 50 min nəfər dünyasını dəyişib.

Bu barədə "TASS" agentliyinin koronavirusun qeydə alındığı ölkələrdən topladığı hesbatda deyilir.

Bildirilir ki, ən çox ölüm halı İtaliyada (13 915) qeydə alınıb. Daha sonra ölüm hallarının sayına görə İspaniya (10 003), ABŞ (5 316), Fransa (4 503), Çin (3 287), İran (3 160), Böyük Britaniya (2 921), Niderland (1 339), Belçika (1 011), Almaniya (1 001) qərarlaşıblar.
Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı bir milyona yaxınlaşır. /Trend/