Tibbi maskalar xəstəlikdən müdafiəni təmin etmir- ÜST
    • 3-04-2020, 12:22
    • 1 225

Tibbi maskalar xəstəlikdən müdafiəni təmin etmir- ÜST

Tibbi maskalar xəstəlikdən müdafiəni təmin etmir və sağlam insanların maska taxması tələb olunmur.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazareviç deyib.

O bildirib ki, ÜST-ün bu məsələdə mövqeyi dəyişməyib: "Kimdə xəstəlik simptomları varsa, ətrafdakı şəxslərin müdafiəsi üçün maska taxmalıdır. Bundan başqa, xəstələrə qulluq edən şəxslər maska taxmalıdır".

ÜST nümayəndəsi əlavə edib ki, maska özü-özlüyündə koronavirusdan yoluxmadan xilas edə bilməz, bunun üçün digər müdafiə tədbirləri də zəruridir. /Trend/