Ən ucuz elektrik enerjisi istehsal EDİLƏCƏK
    • 6-05-2020, 23:00
    • 801

Ən ucuz elektrik enerjisi istehsal EDİLƏCƏK

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2 QVt (qetovatt) gücünə malik günəş elektrik stansiyasının tikintisinə başlayıb.

News24.az “hightech.plus” saytına istinadən xəbər verir ki, qurulacaq günəş ferması dünyada ən ucuz elektrik enerjisini istehsal edəcək. İstehsalçılar hesab edirlər ki, onun istifadəsi karbon qazının tullantılarını 3,6 milyon ton azalmasına yardımçı olacaq ki, bu da yollardan təxminən 720000 avtomobilin çıxarılmasına bərabərdir. Bundan əlavə, dünyada elektrik enerjisinə artan tələbatı təmin edəcəkdir.

Əbu-Dabi Əmirliyində qurulacaq yeni elektrik stansiyası 2022-ci ilə qədər hazır olacaq.