Aİ ABŞ-yə qarşı çıxdı: Qrenlandiya Danimarkanındır

Aİ ABŞ-yə qarşı çıxdı: Qrenlandiya Danimarkanındır Dünya

İrlandiyanın Baş naziri Maykl Martin ABŞ-nin Qrenlandiyanı satın alma ideyasını qeyri-real adlandırıb.

News24.az xəbər verir ki, Çinə rəsmi səfəri zamanı jurnalistlərə danışan Martin ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı mövqeyinə qarşı Danimarkanı dəstəklədiyini açıqlayıb.

O bildirib ki, Qrenlandiya Danimarkanın bir hissəsidir və Avropa İttifaqı Danimarkanın arxasında möhkəm dayanır. Bu ilin ikinci yarısında Aİ-yə sədrlik edəcək İrlandiyanın baş naziri sağlam düşüncəyə çağırış edib.

Martin həmçinin qeyd edib ki, ABŞ-nin artıq Qrenlandiyada hərbi bazası var və Danimarka bu baza ilə bağlı məsələlərin müzakirəsinə həmişə açıq olub.