ABŞ İranın hərbi obyektinə zərbələr endirdi

ABŞ İranın hərbi obyektinə zərbələr endirdi Dünya

ABŞ hərbçiləri İranın radar sisteminə, eləcə də İslam Respublikasının pilotsuz uçuş aparatlarının idarəetmə məntəqələrinə zərbələr endirib.

News24.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.

“CENTCOM özünümüdafiə məqsədilə İranın radarına, həmçinin Garuk və Keşm adası ərazisində yerləşən idarəetmə və nəzarət məntəqələrinə zərbələr endirib”, — deyə qurumun açıqlamasında bildirilib.