Abdullahian HƏMAS lideri ilə - görüşdü

Abdullahian HƏMAS lideri ilə - görüşdü Dünya

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Livana səfəri çərçivəsində Hizbullah-ın baş katibi Həsən Nəsrullah ilə görüşüb. 

News24.az xəbər verir ki, bu barədə “Al Manar” telekanalı məlumat yayıb.

Nəşrin məlumatına görə, həmsöhbətlər regionda baş verən son hadisələri və tərəflərin İsrailin Qəzza zolağına təcavüzünü dayandırmaq üçün göstərdikləri səyləri müzakirə ediblər.

Qeyd edək ki, bir neçə saat əvvəl HƏMAS qrupunun nümayəndə heyəti Beyruta gəlib və Hizbullahın baş katibi onları qəbul edib.

Ayşən