ABŞ Baş Qərargahı: - Ukraynanın 30 günü var

ABŞ Baş Qərargahı: - Ukraynanın 30 günü var Dünya

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milley bildirib ki, hava şəraitinin vəziyyəti pisləşdirməzdən əvvəl Ukraynanın Rusiyaya zərbə endirmək üçün 30-45 gün vaxtı var.

News24.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Milley, Ukraynanın əks-hücumunun gözlənildiyindən yavaş irəlilədiyini deyib.

Bölgədəki hava şəraiti pisləşdikcə Ukraynanın cəbhədəki manevr qabiliyyətinin azalacağını vurğulayan Milley, "Müharibə üçün hələ də 30-45 günlük məqbul bir müddət var, ona görə ukraynalılar hələ bitməyib" dedi.

Milley, müharibənin əvvəlində qarşıdurmaların uzun, ləng və itkilərə səbəb olacağı ilə bağlı proqnozun özünü doğrultduğunu, əks-hücumun uğursuz olub-olmadığını söyləmək üçün hələ tez olduğunu, lakin Ukraynanın “çox sabit bir addım atdığını” söylədi.

Aydan