ABŞ-dən İrana - SANKSİYALAR
Dünya
ABŞ, Rusiya ilə əməkdaşlığa görə İrana qarşı yeni sanksiyalar elan edəcək.
News24.az RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Amerikanın dövlət katibi Entoni Blinken deyib.
"Biz bu gün İrana qarşı yeni sanksiyaları elan edəcəyik" deyib.
Blinken məhdudiyyətlərin, o cümlədən Iran Air-ə qarşı yönəldiləcəyini açıqlayıb.
Qeyd edək ki, sentyabrın əvvəlində Bloomberg mənbələrə istinadən yazıb ki, İran Ukraynada münaqişə başlayandan bəri ilk dəfə öz ballistik raketlərini yaxın gələcəkdə Rusiyaya ötürməyi planlaşdırır.
ABŞ və müttəfiqləri isə Ukraynada xüsusi əməliyyat çərçivəsində Tehranın Rusiya ilə əməkdaşlığına görə İrana qarşı ciddi tədbirlər görməyə hazırdır.
Məryəm İlhamqızı