ABŞ-dən NATO-nu gözləyən “kabus” barədə - xəbərdarlıq
Avropa Donald Tramp hakimiyyətə gələrsə, NATO-nun dağılmasından qorxur.
News24.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri yazır.
Nəşr NATO-nun keçmiş komandanı Ceyms Stavridisdən sitat gətirib: “Avropada Trampın ikinci prezidentliyinin ABŞ-ın de-fakto alyansdan çıxmasına səbəb olacağı ilə bağlı böyük qorxular var”.
Onların fikrincə, Ağ Evin keçmiş rəhbərinin seçkiqabağı proqramı bu niyyətlərdən xəbər verir.
Nəşr Trampın mövqeyini vurğulayıb: “Biz mənim administrasiyam dövründə başladığımız NATO-nun məqsəd və missiyasının əsaslı şəkildə yenidən qiymətləndirilməsi prosesini başa çatdırmalıyıq”.
Məqalədə deyilir ki, bu sözlər ABŞ-ın avropalı müttəfiqlərinin narahatlığına səbəb olub.
"Bu, avropalı müttəfiqlər və ölkənin ənənəvi xarici siyasət rolunun amerikalı tərəfdarları arasında böyük qeyri-müəyyənlik və narahatlığa səbəb olub", - hesabatda deyilir.
NYT əlavə edib ki, Avropa səfirləri və beyin mərkəzləri Trampın niyyətlərini öyrənmək üçün onun müttəfiqlərinə “həcc ziyarəti” edirlər.
Ayşən