"ABŞ İranı hədələmir, əksinə yalvarırlar ki.." - Hacızadə
Dünya
"ABŞ İranı hərbi hücumla hədələməyə cəsarət etmir".
News24.az “İRNA”ya istinadla xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandiri Əmir Əli Hacızadə deyib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar son həftələrdə İrana bir neçə mesaj göndərərək İsrail və HƏMAS arasında müharibə şəraitində sülh tələb edib.
“Amerikalılar İranı hədələmirlər... Onlar bir gecədə üç dəfə İrana məktub göndəriblər və bütün bu məktubların mətnində xahiş və yalvarışlar var. Biz gücümüzün zirvəsindəyik və istənilən ehtimala hazırlaşmışıq”, -Hacızadə Tehranda jurnalistlərə deyib.
Bu açıqlamalar Qəzzadakı müharibənin Qərbi Asiyanın digər hissələrinə də sirayət edə biləcəyi qorxusu fonunda səslənir.
Hacızadə bildirib ki, qarşıdurma artıq Hizbullahın İsrail rejimi ilə sərhədyanı toqquşmalarda iştirak etdiyi Livana da keçib. Bununla belə, münaqişə daha da gərginləşə bilər. O əlavə edib ki, İran istənilən mümkün ssenariyə hazırdır.
Ayşən