ABŞ qaçqınların qəbulu ilə bağlı məhdudiyyəti azaldacaq
Dünya
ABŞ Prezidenti Donald Trampın administrasiyası ölkəyə qəbul edilən qaçqınların illik maksimum sayını 125 mindən 7500-ə endirməyi planlaşdırır.
News24.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat əldə edib.
Məlumata görə, bu yeni kurs çərçivəsində Cənubi Afrikadan olan ağdərili qaçqınlara xüsusi üstünlük verilə bilər. Qəzet yazır ki, həmin kateqoriyaya “məhdud sayda yerlərin əhəmiyyətli hissəsi” ayrılacaq.
Ağ Evin sözçüsü bildirib ki, qaçqın proqramları ilə bağlı bu planlar ABŞ Konqresi ilə razılaşdırılmadan qüvvəyə minməyəcək. Hazırda hökumət Konqresin fəaliyyəti dayandırıldığı üçün (shutdown) danışıqları davam etdirə bilmir.
Xatırladaq ki, oktyabrın 1-də ABŞ hökuməti Senatda büdcə layihəsinin təsdiqlənməməsi səbəbindən fəaliyyətini rəsmi olaraq dayandırıb. Demokratlar və Respublikaçılar arasında səhiyyə sisteminin maliyyələşdirilməsi ilə bağlı yaranmış fikir ayrılığı “shutdown”a gətirib çıxarıb.
Aqil