ABŞ Yəmənə hücum etdi: - Ölən və yaralananlar var

ABŞ Yəmənə hücum etdi: - Ölən və yaralananlar var Dünya

Yəmənə hücumlarını davam etdirən ABŞ bu dəfə Hudeyda şəhərində yaşayış məntəqəsini hədəf alıb. 

News24.az xəbər verir ki, hücumlarda 6 nəfər ölüb, 16 nəfər yaralanıb.

ABŞ prezidenti Donald Tramp martın 15-də bəyan edib ki, o, ABŞ ordusuna Yəməndə İranın dəstəklədiyi h*silərə qarşı irimiqyaslı hücuma başlamaq əmri verib.

Hadisənin inkişafının ardınca ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəmənin müxtəlif bölgələrində çoxsaylı hava hücumları həyata keçirib.

Günel Məlikzadə