Ağ Evin yaxınlığında atışma səsləri eşidildi, ərazi mühasirəyə alındı – YENİLƏNDİ

Ağ Evin yaxınlığında atışma səsləri eşidildi, ərazi mühasirəyə alındı – YENİLƏNDİ Dünya

Ağ Evin yaxınlığında qeydə alınan atışma zamanı bir nəfər xəsarət alıb. Onun təhlükəsizlik əməkdaşlarının açdığı atəş nəticəsində yaralandığı bildirilir.

News24.az xəbər verir ki, ABŞ Məxfi Xidmətinin açıqlamasına görə, yaralının vəziyyəti barədə məlumat yoxdur.

Qeyd edək ki, baş verən hadisənin təfərrüatları barədə hələ də məlumat yoxdur.

**00:15

Ağ Ev təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb. Binalardan atışma səsləri gəlir.

News24.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Təfərrüatlar barədə hələ ki məlumat yoxdur.