AK rəhbəri Ukraynaya 1 milyard avroluq makro-maliyyə yardımı - AYIRDI

AK rəhbəri Ukraynaya 1 milyard avroluq makro-maliyyə yardımı - AYIRDI Dünya

Avropa İttifaqı Ukrayna üçün əsas maliyyə tərəfdaşı olmaqda davam edir.

News24.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen bildirib. Onun sözlərinə görə, Ukraynaya 2022-ci ildən bəri təxminən 165 milyard avro, o cümlədən 1 milyard avroluq makromaliyyə yardımının son tranşı ayırılıb.

Romada Ukraynanın dirçəlməsinə həsr olunmuş konfransda çıxış edən AK rəhbəri əlavə milyard avro makromaliyyə yardımı ayrıldığını, eləcə də Ukrayna fondundan 3 milyard avrodan çox vəsaitin ayrıldığını bəyan edib. O vurğulayıb ki, Aİ bu il Ukrayna üçün tələb olunan ümumi xarici maliyyənin 84%-ni təmin edəcək.

Bundan əlavə, fon der Leyen Ukraynanın yenidən qurulması üçün 2,3 milyard avroluq yeni yardım paketi ilə bağlı sazişlərin imzalandığını açıqlayıb ki, bu da ölkənin yenidən qurulması prosesinə 10 milyard avroya qədər investisiya cəlb etməsi gözlənilir.

Aqil