Ali Baş Komandan etiraf etdi: - "DALANA DİRƏNDİK"

Ali Baş Komandan etiraf etdi: - "DALANA DİRƏNDİK" Dünya

“Ukrayna ordusu irəliləyişə nail ola bilmədi və münaqişə dalana dirəndi. Vəziyyət yalnız kəskin texnoloji sıçrayışla dəyişəcək”. 

News24.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı “The Economist”ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, beş aylıq əks-hücum zamanı hərbçilər yalnız 17 kilometr irəliləyə biliblər: “Bu da böyük insan itkiləri bahasınadır”. 

Zalujnı Ukraynadakı münaqişəni Birinci Dünya Müharibəsi ilə müqayisə edib. Onun sözlərinə görə, hər iki ordu texnoloji inkişafın elə bir mərhələsinə çatıb ki, dalana dirənib.

“Yəqin ki, dərin və gözəl bir irəliləyiş olmayacaq”, - deyə hərbi rəhbər bildirib.

Zalujnı deyib ki, NATO dərsliklərinə və Ukrayna komandanlığının öz hesablamalarına görə, ordu sutkada 30 kilometr sürətlə irəliləyə bilərdi, lakin bu, başqa cür baş verdi.

“Komandirləri istefaya göndərməklə, əsgərləri rotasiya etməklə problemi həll etməyə çalışsaq da, bu da kömək etmədi”.

Ayşən