Almaniya hərbi gəmisini Qırmızı dənizə göndərdi

Almaniya hərbi gəmisini Qırmızı dənizə göndərdi Dünya

Almaniyanın “Hessen” freqatı AB-nin “Aspides” (Qalxanlar) hərbi əməliyyatı çərçivəsində Qırmızı dənizdə ticarət gəmiçiliyinin təhlükəsizliyini təmin etmək missiyasına başlayıb.

News24,az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Almaniya Silahlı Qüvvələrindən məlumat verilib.

“Hessen” freqatı Qırmızı dənizə çatıb. Onun dəniz yollarının təhlükəsizliyini təmin etmək missiyası başlayır”, - məlumatda qeyd olunub.