Almaniya Ukrayna üçün hərəkətə keçdi: 40 milyon avroluq yardım
Dünya
Almaniya qış mövsümü öncəsi Ukraynaya əlavə 40 milyon avro humanitar yardım verəcək .
News24.az xəbər verir ki, bu barədə DPA məlumat yayıb.
Almaniyanın xarici işlər naziri Yohan Vadefulun sözlərinə görə, ayrılan vəsait istilik sistemlərinin təmirinə, binaların bərpasına, enerji bloklarının təchizatına və gigiyena vasitələrinin alınmasına yönəldiləcək.
"Biz mənzillərin isti və işıqlı olmasına kömək edirik", – deyə xarici siyasət idarəsinin rəhbəri bildirib.