Almaniyada orduda yenilik: Əsgər sayı artırılır

Almaniyada orduda yenilik: Əsgər sayı artırılır Dünya

Almaniyada koalisiya hökumətini təşkil edən Xristian İttifaqı (CDU/CSU) və Sosial Demokrat Partiyası (SPD) orduda şəxsi heyətin artırılması məqsədilə hərbi xidmət islahatları ilə bağlı razılığa gəlib.

News24.az xarici KİV-lərə istinadən xəbər verir ki, razılaşmaya əsasən, 18 yaşını tamamlayan kişilər motivasiya səviyyələrini və orduda xidmətə uyğunluqlarını müəyyən etmək üçün xüsusi forma doldurmalı olacaqlar.

Bundan əlavə, 2008-ci ildən sonra doğulan kişilər 2027-ci il iyulun 1-dən etibarən hərbi tibbi müayinədən keçməli olacaqlar. Müdafiə Nazirliyi həmin tarixdən hərbi imtahanların keçirilməsini planlaşdırır.