Almaniyada quş qripi: 180 mindən çox quş məhv edildi

Almaniyada quş qripi: 180 mindən çox quş məhv edildi Dünya

Almaniyada quş qripi bir neçə əyalətdə yayılıb. Xəstəliyin qarşısını almaq məqsədilə 180 mindən çox ev quşu məhv edilib.

News24.az xəbər verir ki, bu barədə Fridrix Löffler İnstitutunun məlumatında bildirilib.

İnstitutun açıqlamasına görə, quş qripi Bremən istisna olmaqla Almaniyanın demək olar ki, bütün əyalətlərində aşkarlanıb.

Kənd təsərrüfatı naziri Alois Rayner vəziyyətin ciddiliyinə diqqət çəkərək, əsas məqsədin virusun yayılmasının qarşısını almaq olduğunu bildirib. Nazirin sözlərinə görə, hazırda təsərrüfatlarda çoxsaylı yoluxma halları qeydə alınıb.

İnstitut nümayəndələri miqrasiya dövrlərində vəhşi quşların çoxalmasının vəziyyəti daha da dinamik hala gətirdiyini qeyd ediblər.

FLI xəstəliyin yayılmasının qarşısını almaq üçün ümumilikdə 200 mindən çox toyuq, qaz, ördək və hind toyuğunun məhv ediləcəyini ehtimal edir.

Qeyd edək ki, 2020–2021-ci illərin qış aylarında Almaniyada quş qripi səbəbindən iki milyondan çox ev quş məhv edilmişdi.

Xeyrənsə Piriyeva