Almaniyada quş qripi səbəbindən ilk karantin: Sərt məhdudiyyətlər

Almaniyada quş qripi səbəbindən ilk karantin: Sərt məhdudiyyətlər Dünya

Almaniyanın Saarland əyaləti quş qripi pandemiyasına qarşı ev quşlarının qapalı məkanda saxlanmasını məcburi edən ilk ştat olub.

News24.az xəbər verir ki, qərara əməl etməyənlər 30 min avroya qədər cərimə ilə üzləşəcəklər.

Əyalətin Ətraf Mühit Nazirliyinin açıqlamasına görə, oktyabrın 30-dan etibarən bütün ev quşları – toyuq, ördək, qaz və hind toyuqları yalnız qapalı şəraitdə saxlanmalıdır. Məqsəd xəstəliyin əsas daşıyıcıları hesab edilən cənuba köç edən çöl quşları ilə təması minimuma endirməkdir.

Nazirlik həmçinin quş əti ilə bağlı yarmarka və satış tədbirlərini qadağan edib. Saarland hökuməti quş qripi hallarının tez bildirilməsi üçün xüsusi e-poçt və telefon xətti yaradıb. Məhdudiyyətlərin dörd həftə davam edəcəyi və müddət sonunda vəziyyətin yenidən qiymətləndiriləcəyi bildirilib.

Aqil Qarayev