Almaniyada sirkdə bədbəxt hadisə: iki ukraynalı akrobat hündürlükdən yıxıldı
Dünya
Almaniyanın Ştutqart şəhərində Milad sirki bədbəxt hadisə baş verib. Ukraynalı iki sirk artisti çıxış zamanı bir neçə metr hündürlükdən yerə yıxılıb.
News24.az xəbər verir ki, “Flight of Passion” adlı ukraynalı duet növbəti nömrəsini nümayiş etdirərkən qəfil tarazlığını itirərək aşağı düşüb. Hadisə təxminən 2400 tamaşaçının gözü qarşısında baş verib.
Xəsarət alanlar Ukraynadan olan duet üzvləri — 49 yaşlı Dmitri və 19 yaşlı Daryadır. Onlar xüsusi lentlər vasitəsilə havaya qalxaraq müxtəlif akrobatik fəndlər icra edirdilər. Qəzanın dəqiq hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Hər iki artist təcili tibbi yardım maşınları ilə klinikaya çatdırılıb. Onların xəsarətlərinin ağır olduğu bildirilir.
Hadisədən təxminən bir saat sonra tamaşa yenidən davam etdirilib.