Alyaska Hava Yollarında texniki nasazlıq – Bütün uçuşlar dayandırıldı
Dünya
ABŞ-də fəaliyyət göstərən Alyaska Hava Yolları kompüter sistemində yaranan texniki nasazlıq səbəbindən ölkə üzrə bütün uçuşlarını müvəqqəti dayandırıb.
News24.az xəbər verir ki, şirkət nasazlığın müvəqqəti olduğunu və bərpa işlərinin davam etdiyini bildirib.
Lakin gecə saat 23:30-da verilən açıqlamada problem hələ də aradan qaldırılmayıb və bəzi reyslərin ləğv olunduğu təsdiqlənib.
“FlightAware” saytına əsasən, indiyədək ən azı 39 reys ləğv, 241 reys isə gecikib. Hadisədən şirkətin törəmə firması Horizon Air də təsirlənib. ABŞ Federal Aviasiya İdarəsi (FAA) məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Aqil Qarayev