"Anası" ilə belə vidalaşdı

"Anası" ilə belə vidalaşdı Dünya

Aktyor Makoley Kalkin Ketrin O'Haranın ölümündən sonra başsağlığı mesajı paylaşıb.

News24.az xəbər verir ki, Kalkin yazıb:

"Ana! Düşünürdüm ki, vaxtımız var. Daha çox şey istəyirdim. Yanındakı kresloda oturmaq istəyirdim. Səni eşitdim. Amma deməli olduğum daha çox şey var idi. Səni sevirəm. Daha sonra görüşənədək".

Qeyd edək ki, Ketrin ilk iki "Evdə Tək" filmində Kevin Makkallisterin (Makoley Kalkin) anasını canlandırıb. (Unikal)