Arvadını boğub öldürdü, cəsədini sobada yandırdı

Arvadını boğub öldürdü, cəsədini sobada yandırdı Dünya

Yaponiyada dəhşətli qətl hadisəsi baş verib.

News24.az xəbər verir ki, Asahikava şəhərində yerləşən məşhur zooparkının 33 yaşlı əməkdaşı həyat yoldaşını öldürüb və nəşin qalıqlarını heyvan cəsədlərinin utilizasiyası üçün nəzərdə tutulmuş sobada yandırıb.

O, cinayəti etiraf etdikdən sonra saxlanılıb.

İstintaqa görə, cinayət martın sonunda törədilib, lakin qurbanın cəsədi yalnız yaxınlarının polisə müraciətindən bir ay sonra aşkarlanıb.

Şübhəli Tatsuya Suzuki əvvəlcə həyat yoldaşının harada olması ilə bağlı aydın izahat verməyib və onun əlaqə saxlaya bilməmələrinə dair qəribə səbəblər göstərib.

Sonradan isə qətllə bağlı etirafında bildirib ki, növbəti ailə mübahisəsi zamanı həyat yoldaşının davamlı irad və tələblərinə dözməyərək onu öldürüb. Onu kirayədə yaşadıqları evdə boynuna ip salaraq boğub.

Qətldən sonra meyiti xidməti avtomobillə işlədiyi Asahiyama zooparkına aparıb və cəsədi bioloji tullantılar və ölmüş heyvanların yandırılması üçün istifadə olunan istehsalat sobasında yandırıb.

Kriminalistlər baxış zamanı sobanın külü içərisində Yuiyə məxsus sümük parçaları aşkarlayıblar.

Baş verənlərdən sarsılan qonşular cütlüyü sakit və mehriban insanlar kimi tanıdıqlarını, onların tez-tez birgə itlərini gəzdirdiklərini bildiriblər.

Polis qadının ölümünün dəqiq şəraitini müəyyənləşdirmək və mümkün qətl ittihamını irəli sürmək üçün araşdırmanı davam etdirir. /Japan Today/