Astarında zəhərli ilan olan korsetlə futbol oynadı
Dünya
ABŞ-nin Arkanzas ştatında məktəb liqasında çıxış edən futbolçunun korsetindən zəhərli ilan çıxıb.
News24.az xəbər verir ki, məlumata görə, futbolçu üzərində ilan təsviri olan qoruyucu geyim ilə təxminən bir saat meydanda oynayıb. Daha sonra onun astarına gerçək ilan girdiyi müəyyən edilib.
Məktəbin rəhbərliyi dərhal heyvanlara nəzarət xidmətinə məlumat verib. İlkin olaraq sürünənin misbaşlı olduğu düşünülsə də, aparılan yoxlama zamanı onun ABŞ-nin cənub bölgələrində, həmçinin Missuri və Virciniya ştatlarının bəzi ərazilərində yaşayan zəhərli ilan olduğu müəyyənləşib.
Polis əməkdaşlarının da iştirak etdiyi əməliyyat zamanı ilanın dəbilqənin astarında gizləndiyi məlum olub. Üzərinə su püskürdüldükdən sonra ilan yerindən çıxarılaraq təhlükəsiz şəkildə götürülüb.
Hadisə zamanı futbolçunun ilan tərəfindən sancılıb-sancılmadığı barədə məlumat verilməyib.