Avropada fermer üsyanı: yollar bağlandı, paytaxtlara yürüş başladı
Dünya
Belçikada fermerlər Cənubi Amerika ölkələri ilə azad ticarətə etiraz olaraq magistral yolları bağlayıblar.
News24.az xəbər verir ki, bu barədə Belçikanın “Belga” agentliyi məlumat yayıb.
Etirazçılar azad ticarət razılaşmalarının yerli fermerlərin maraqlarına zidd olduğunu bildiriblər.
Oxşar etiraz aksiyaları Polşada da keçirilib. Məlumata görə, yerli polis traktorların Varşavaya doğru hərəkətinin qarşısını alıb. Bu səbəbdən fermerlər paytaxtda etiraz aksiyasını piyada şəkildə davam etdiriblər.