"Avropanın zəifləmək təhlükəsi var" - -MAKRON

"Avropanın zəifləmək təhlükəsi var" - -MAKRON Dünya

 “Qurulmuş dünya nizamına yenidən baxmaq cəhdləri Avropa və Qərbi zəiflətmək təhlükəsi yaradır”.

News24.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron bildirib.

Dövlət səfirlərinin illik konfransında çıxış edən Makron beynəlxalq arenada vəziyyətin getdikcə mürəkkəbləşdiyini və Qərbi, xüsusən də Avropanı zəiflətmək təhlükəsinin yarandığına diqqət çəkib. O, bədbinliyə qapılmadan buna ayıq yanaşmağın vacib olduğunu vurğulayıb.

Makronun sözlərinə görə, hazırda Qərbin dominant mövqe tutduğu dünya düzəninə yenidən baxılır.

Fransa prezidenti izah edib ki, "BMT Təhlükəsizlik Şurasının rolu" və bir çox digər təşkilatlar mübahisəlidir. Söhbət həm də Beynəlxalq Valyuta Fondundan və Dünya Bankından gedir.

Makron diqqəti getdikcə daha çox dövlətin bu strukturların legitimliyə malik olmadığı və geosiyasi reallıqlara uyğun gəlmədiyinə inandığına yönəldib.

"Bu, son günlərdə BRİKS-i genişləndirmək cəhdləri ilə gördüklərimizə çevrilir", - o deyib.

 

Ayşən