Ay üçün təhlükə: Nəhəng asteroid yaxınlaşır

Ay üçün təhlükə: Nəhəng asteroid yaxınlaşır Dünya

Alimlər 67 metr diametrli 2024 YR4 asteroidinin 2032-ci iin dekabrında Ayla toqquşma ehtimalı olduğunu açıqlayıb.

News24.az xəbər verir ki, yeni hesablamalara görə bu risk gələn il 30%-ə qədər arta bilər.

Asteroid ilk dəfə 2024-cü ildə aşkar ediləndə Dünya üçün təhlükəli sayılmışdı, lakin sonradan toqquşma ehtimalı demək olar ki, sıfıra düşüb. Ay üçün isə risk hələ də mövcuddur.

Ceyms Veb teleskopu 2026-cı ilin fevralında asteroidin dəqiq mövqeyini ölçəcək. Bu müşahidələr riskin azalmasına və ya artmasına birbaşa təsir edəcək.

NASA və ESA müşahidələrdən sonra asteroidin istiqamətinin dəyişdirilməsi ilə bağlı qərar verəcək.