"Bakı ilə münasibətlərimizə qarışmayın" - İran ABŞ-ni xəbərdar etdi

"Bakı ilə münasibətlərimizə qarışmayın" - İran ABŞ-ni xəbərdar etdi Dünya

ABŞ-nin Rəsmi Bakı ilə Tehran arasındakı münasibətlərə qarışmağa haqqı yoxdur”.

News24.az “Mehr”ə istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani deyib.

“Qafqazın problemlərinin amerikalılarla heç bir əlaqəsi yoxdur. İran və Azərbaycan arasında regional hadisələrlə bağlı əməkdaşlıq davam edir və amerikalıların müdaxilə etmək hüququ yoxdur. Regional məsələlərə müdaxilə ABŞ hökumətinə heç bir fayda gətirmir və onlar keçmiş təcrübələrdən dərs çıxarmalıdırlar”.

Ayşən