Baqajının çəkisi artıq olan sərnişin - Aviaşirkət əməkdaşını döydü

Baqajının çəkisi artıq olan sərnişin - Aviaşirkət əməkdaşını döydü Dünya

İspaniyanın Palma-de-Malyorkadakı “Son Sant Joan” hava limanında sərnişinlə aviaşirkət əməkdaşları arasında insident yaşanıb.

News24.az xəbər verir ki, bu barədə “OkBaleares” məlumat yayıb.

İnsident Madridə uçan “FR2062” reysi üçün qeydiyyat zamanı “Ryanair” aviaşirkətinin əməkdaşlarının sərnişinə onun baqajının çəkisinin tələblərə uyğun olmadığının bildirməsi olub.

Sərnişin əvvəlcə əməkdaşları təhqir edib, sonra isə onlardan birinə hücum edib.

Şahidlərin sözlərinə görə, o, zərərçəkəni bir neçə dəfə yumruqla üz nahiyəsindən vurub, nəticədə kişinin dodağı partlayıb və bir neçə dişi sınıb.

Hücum edən bununla kifayətlənməyib və başı ilə də zərbə endirib. Zərərçəkəndə qanaxma başlayıb. Hadisəni törədən sərnişinin isə alnı yarılıb.

Bir neçə dəqiqə sonra Mülki Qvardiya əməkdaşları terminala daxil olaraq hücum edəni saxlayıblar.

Zərərçəkən təcili tibbi müəssisəyə çatdırılıb, saxlanılan şəxsə də təcili tibbi yardım göstərilib.