Bayden G20 sammitində iştirak edəcək - Ağ Ev

Bayden G20 sammitində iştirak edəcək - Ağ Ev Dünya

ABŞ prezidenti Co Bayden sentyabrın 9-10-da Hindistanda keçiriləcək G20 sammitində iştirak etməyi planlaşdırır.

News24.az TASS-a istinadən xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.

"Bayden 7-10 sentyabr tarixlərində Dehliyə səfər edəcək və burada o, G20-nin digər üzvləri ilə ekoloji cəhətdən təmiz enerjiyə keçid, iqlim dəyişikliyi ilə mübarizə, iqlim dəyişikliyinin sosial və iqtisadi təsirlərinin yumşaldılması kimi qlobal problemlərin həlli üçün birgə səyləri müzakirə edəcək".
Günəş Mərd