Bayden Priqojindən DANIŞDI: - "TƏƏCCÜBLƏNMƏDİM"

Bayden Priqojindən DANIŞDI: - "TƏƏCCÜBLƏNMƏDİM" Dünya

ABŞ prezidenti Co Bayden "Wagner PMC"nin yaradıcısı Yevgeni Priqojinin təyyarəsinin qəzaya uğraması ilə bağlı xəbərləri şərh edib.

News24.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

Prezident jurnalistlərə açıqlamasında dəqiq nə baş verdiyini bilmədiyini deyib. Amma, bu hadisədən heç də təccüblənmədiyini dilə gətirib.

"Nə baş verdiyini dəqiq bilmirəm. Ancaq təəccüblənmirəm də. Hadisə ilə bağlı kifayət qədər məlumatım yoxdur", - ABŞ prezidenti hadisəni belə şərh edib. 

Aynurə